Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
Makron: ABŞ Ukraynaya xəyanət edə bilər
Donald Trampa sülh mükafatı - futbol həm də siyasətdir
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
Püşkatmanın görünməyən tərəfi: futbol və siyasi oyunlar
II Qareginin həbsinə hazırlıqlar başlayıb
Baş konsulumuz Təbrizdə fəaliyyətə başlayıb
Mifik təfəkkürdən süni intellekt erasına qət edilən böyük yol
Çin ordusunun sıralarında robotlar da döyüşəcək
Tarix: 02-12-2025 14:17 | Bölmə: İqtisadiyyat

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparılır.
Reyting.az Teleqraf.az-a istinadla xəbər verir ki, depo və qatarların yuyulmasından məsul olan işçilərdən öz ərizələri ilə işdən çıxmaq tələb edilir.
Mənbənin sözlərinə görə, bu ilin yayında qurum daxilində iş saatının on iki saatdan səkkiz saatlıq rejimə keçidi və bir qədər sonra isə ixtisarlar olacağı ilə bağlı məlumatlar yayılıb:
"Öz ərizəsi ilə işdən çıxarılan əməkdaşlara "Bakı Metropoliteni"nin başqa bir şirkətin idarəçiliyinə verildiyi əsas gətirilir. Bu səbəbdən də işçilərin sayının azaldıldığı deyilir. Xüsusilə 50 yaşdan yuxarı əməkdaşlar işdən çıxarılırlar".
İddia olunur ki, ixtisarlar dekabrın 4-dən başlayacaq. Məsələ ilə bağlı qurum tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarına olan məlumatlara əsasən, metro işçilərinin orta aylıq maaşı 1 241.5 manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrünə nisbətən 96.8 manat və ya 8.5% çox idi. Ötən ilin yanvarında isə işçilər "Bakı Metropoliteni" rəhbərliyinin əməkhaqqı artımlarını ödəməməkdə günahlandırmışdılar.
Nəzərə çatdıraq ki, metroda gediş haqqı 60 qəpik təşkil edir. Sərnişin sayına görə (yanvar-oktyabr aylarında 184 513.6 nəfər) ən çox istifadə edilən nəqliyyat növü olmasına baxmayaraq, "Bakı Metropoliteni" illərdir sərnişindaşıma xidmətinin maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsi məqsədilə büdcədən vəsait alır. 2026-cı il üçün quruma 40 milyon manat subsidiya nəzərdə tutulub. Bu göstərici 2025-ci illə müqayisədə 12.3 milyon manat və ya 44.6 faiz çoxdur. Bu ilin büdcəsində "Bakı Metropoliteni" QSC-yə 2024-cü illə müqayisədə 44.7% az 27.7 milyon manat subsidiya proqnozlaşdırılıb. Belə ki, 2024-cü ildə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdı. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30.2% çox idi.
Maraqlıdır ki, "Bakı Metropoliteni"nin maliyyə vəziyyəti ilə bağlı mediaya açıqladığı məlumatlar isə sərnişindaşımada qiymət artımından sonra qurumun gəlirlərinin xeyli artdığını göstərir. Belə ki, QSC 2024-cü ildə 100.44 milyon manat gəlir əldə edib. Həmin ildə gediş haqqı 50 qəpiyə qaldırılmışdı. Metro ilə 229.58 milyon sərnişin daşınmaqla illik 4.6 faiz illik artıma nail olunmuşdu.
Xatırladaq ki, "Bakı Metropoliteni" QSC 2021-ci ildən bu tərəfə rəsmi internet səhifəsində illik audit hesabatlarını dərc etmir. 1 yanvar 2022-ci il tarixinə dövlət şirkətinin balansında 565 milyon manat həcmində illərin yığılmış zərəri vardı.
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək