18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Çimərliklərlə bağlı növbəti xəbərdarlıq edilib - Təhlükə var
Tarix: 02-08-2019 09:41 | Bölmə: Cəmiyyət
Çimərliklərlə bağlı növbəti xəbərdarlıq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 25 iyul-1 avqust tarixlərində çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqi keçirilib, mikrobioloji təhlillər aparılıb.

Reyting.az
xəbər verir ki, budəfəki analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir. İdarənin əməkdaşı Nərmin Babaşova deyib ki, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zaqulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir.

Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər