Türkiyəli nazir Azərbaycanın şəhid övladının əlindən öpüb
Tarix: 04-12-2019 15:55 | Bölmə: Cəmiyyət
Türkiyəli nazir Azərbaycanın şəhid övladının əlindən öpüb

“Bakutel-2019” Yubiley Sərgisində iştirak edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan sərgi çərçivəsində xarici hökumət rəsmilərinin VİP turunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçılarının təqdim etdiyi stendlə tanış olub.

APA-nın məlumatına görə, türkiyəli nazir şəhidlərimizin övladlarını diqqətlə dinləyib. Mehmet Cahit Turhan şəhid övladının qarşısında əyilərək əlindən öpüb.

Qeyd edək ki, türkiyəli nazir Mehmet Cahit Turhan “Bakutel-2019” 25-ci Yubiley Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdədir. Türkiyə İT şirkətləri beynəlxalq sərgidə milli pavilyonla təmsil olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər