Bu il uşaqlara ən çox qoyulan ad Yusif və Zəhra olub - Siyahı
Tarix: 04-03-2020 12:27 | Bölmə: Cəmiyyət
Bu il uşaqlara ən çox qoyulan ad Yusif və Zəhra olub

2020-ci ilin yanvar və fevral aylarında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış uşaqlara cari ilin ötən dövründə oğlan uşaqlarına qoyulan adlar arasında Yusif (468), Uğur (409), Əli (391), Hüseyn (382), Məhəmməd (254), Ömər (252), Murad (216), Ayxan (202), Raul (189) və Tunar (187) üstünlük təşkil edib.

Eyni zamanda cari ilin ötən dövründə qız uşaqlarına daha çox Zəhra (492), Məryəm (367), Zeynəb (341), Mələk (305), Nuray (295), Fatimə (285), Aylin (271), İnci (224), Nilay (224) və Ayan (199) adları qoyulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}