İran gəmiləri Azərbaycan limanlarına girə bilməyəcək
Tarix: 04-03-2020 19:17 | Bölmə: Cəmiyyət
İran gəmiləri Azərbaycan limanlarına girə bilməyəcək

İran İslam Respublikasının bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti məhdudiyyət qoyulub.

Reyting.az
xəbər verir ki, Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun APA-ya verdiyi məlumata görə, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti məhdudiyyət qoyulur.

Dövlət Dəniz Agentliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi və lazımı tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}