16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Kinoaktrisadan prezidentə təklif: “Karantin müddətində kommunal ödənişləri ləğv edin”
Tarix: 04-03-2020 21:31 | Bölmə: Cəmiyyət
Kinoaktrisadan prezidentə təklif: “Karantin müddətində kommunal ödənişləri ləğv edin”

Bir müddət əvvəl guya koronavirus əleyhinə olan şərbəti reklam etdiyinə və məsuliyyətə cəlb olunması ilə gündəmə gəlmiş iranlı aktrisa Bəhnuş Bəxtiyarı yeni təklif irəli sürüb.

Reyting.az
“Axərinxəbər”-ə istinadla xəbər verir ki, aktrisa İran prezidenti Həsən Ruhanidən 2 ay müddətinə əhalini su, elektrik və qazhaqqı ödənişindən azad etməyə çağıran video yayımlayıb:

“Koronavirusun yayılmasının qarşısını almaq üçün karantində olduğumuzu və evdə qaldığımızı nəzərə alsaq, hökumət xərclərimizi azaltmalıdır. Evdə qalırıq, gəlirimiz yoxdur və buna görə də bank ödənişlərini belə edə bilmirik. Karantinə görə evlərində olan pulsuz insanlar su, elektrik və qaz istehlakına görə ödənişdən azad edilsinlər. Unutmayın ki, Çin hökuməti də ev kirayələrini və s. 2 aylığa ləğv edib”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}