16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Professor: “Daha təhlükəli viruslar yayılacaq”
Tarix: 05-03-2020 01:39 | Bölmə: Cəmiyyət
Professor: “Daha təhlükəli viruslar yayılacaq”

Bundan sonra da dünyada yeni növ xəstəlik və daha təhlükəli viruslar yayılacaq. Qarşıdan gələn illər insanlığın immuniteti ilə virusların mübarizə dövrü olacaq.

Reyting.az
medicina.az-a istinadla xəbər verir ki, belə bir iddia ilə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksey Kuznetsov koronavirusla bağlı Moskvada keçirilmiş dəyirmi masada çıxış edib.

Professor deyib ki, yeni növ koronavirus epidemiyasının necə bitməsindən asılı olmayaraq, buna bənzər hadisələr yaxın gələcəkdə tez-tez təkrarlanacaq. Ən pisi isə odur ki, nə tibb, nə də dövlətlər bu təhlükəyə hazır deyillər.

A. Kuznetsov diqqətə çatdırıb ki, hər belə alovlanmanı yeni kimi qəbul edib, mübarizə üsullarının olmamasını bəhanə gətirirlər: “Nə olsun ki, yenidir? Hər yeni virus dünyanı belə iflic etməlidir? Analoji vəziyyət sabah başqa ölkədə meydana çıxa bilər. Kim zəmanət verir ki, 2 il sonra ABŞ-da olmayacaq? O zaman biz daha böyük itkilər verə bilərik. Bu virusa görə Çini birinci günahkar elan etmək olmaz. Bu, bütün insanlığın problemidir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}