17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Marneulidə maşında ikidən artıq şəxsin olmasına icazə verilmir
Tarix: 23-03-2020 12:14 | Bölmə: Cəmiyyət
Marneulidə maşında ikidən artıq şəxsin olmasına icazə verilmir

Gürcüstan Baş nazirinin müşaviri Sozar Subari koronavirusun yayılması riskinə görə karantin zonası elan edilən Marneuli rayonunda olub.

Ərazidə vəziyyətlə tanış olan S. Subari bildirib ki, hazırda rayonda sakitlik hökm sürür və sakinlərin qaydalara riayət etməsinə ciddi nəzarət olunur:

"Ərzaq mağazaları, banklar kimi zəruri obyektlər istisna olmaqla rayon ərazisində bütün obyektlər bağlanılıb. Ərazidən çıxışa icazə verilmir. Nəqliyyat vasitələrində ikidən artıq şəxsin olmasına icazə verilmir. Yerli sakinlərdən təşkil  edilmiş 10 könüllü qrup yaradılıb və bu qruplar həkimlərlə birlikdə təhlükə ola  biləcək kəndləri və məhəllələri yoxlamağa başlayacaqlar”/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}