13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Həkimlərin koronavirusla bağlı yeni araşdırmasının nəticələri açıqlanıb
Tarix: 02-04-2020 15:18 | Bölmə: Cəmiyyət
Həkimlərin koronavirusla bağlı yeni araşdırmasının nəticələri açıqlanıb

​​​​​​​Koronavirus daşıyıcılarının 10%-də xəstəlik simptomsuz keçir.

“Deutsche Welle” xəbər verir ki, ABŞ-ın Epidemiyaya Nəzarət və Qabaqlama Mərkəzinin Sinqapurda apardığı araşdırma nəticəsində belə qənaətə gəlinib.

Araşdırma yanvar ayından mart ayınadək Sinqapurda ümumilikdə 243 yoluxmuş şəxs üzərində aparılıb. Onlardan 157-si xaricə səfər etməmiş insanlar olub.

Mərkəz öncəki xəbərdarlıqlarını yenidən nəzərdən keçirərək simptomlu və ya simptomsuz hər kəsin virus daşıyıcısı ola biləcəyini bildirib.

Araşdırmada sosial məsafənin xüsusi rolu vurğulanıb.

“Olduqca sağlam görünən insanlarla təması azaltma məsələsində son dərəcə diqqətli olmaq lazımdır”, - araşdırmaçı Loren Ansel Meyers bildirib.

Tədqiqatçılar simptomsuz olan insanlardan başqa, simptomu olub xəstələnən, ancaq sonra sağalan insanların virusu nə qədər yaya biləcəyini də araşdırır.

L.A.Meyers hər iki xəstə növündən qaynaqlanan neçə yeni yoluxma halının ortaya çıxdığını hələlik məlum olmadığını söyləyib/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər