Linqvistika sahəsində böyük yeniliklər gözlənilir
Tarix: 25-11-2025 09:45 | Bölmə: Cəmiyyət
Linqvistika sahəsində böyük yeniliklər gözlənilir

Beynəlxalq tədqiqatçılar qrupu 2430 dili tamamilə əhatəli təhlil edəndən sonra belə qərara gəliblər ki, linqvistlərin illər ərzində irəli sürdüyü qrammatik universaliyaların demək olar, yalnız üçdə biri bütün dillərə uyğun gəlir.

Reyting.az
-ın məlumatına görə, "Nature Human Behaviour" nəşrində dərc olunan yeni araşdırmada yazılıb ki, "Grambank" bazasının məlumatları əsasında 191 universal dil qaydası bayes statistikası ilə yoxlanılıb. Nəticədə 60 dil öz universal təsdiqini tapıb - xüsusilə, qrammatik kateqoriyalar arasındakı əsas əlaqələri izah edən və tamamilə iyerarxik qaydalara tabe olan sözlər toplusu.

Alimlərin fikrincə, dilçilik elmini, eləcə də linqvistika sahəsini yaxın gələcəkdə elmi kəşflər, böyük yeniliklər gözləyir.

Tədqiqatçılar bildiriblər ki, bütün bunların əsas elmi səbəbi fərqli dillərin bir-birindən gözlənildiyindən daha az sərt qaydalarla "idarə olunması" faktıdır.

Alimlər onu da vurğulayıblar ki, hər bir xalqın dilində, bütün dünya dillərində müəyyən ümumi qanunauyğunluqlar indi də mövcuddur.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər