Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 25-11-2025 12:32 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq?

Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.




Bölməyə aid digər xəbərlər