17 milyon doza “COVID-19” peyvəndini məhv ediblər
Tarix: 25-11-2025 08:14 | Bölmə: Cəmiyyət
17 milyon doza “COVID-19” peyvəndini məhv ediblər

Rumıniya hökuməti istifadə müddəti bitmiş 17 milyon doza koronavirus vaksinini məhv etməyə məcbur olub.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda Rumıniya apteklərində koronavirusa qarşı vaksin qalmayıb.

“Rumıniyalılar istəsələr belə, ölkədə “COVID-19”-a qarşı peyvənd tapa bilmirlər. Pandemiyadan sonra peyvəndlərə maraq olduqca aşağı olduğundan, təxminən 17 milyon doza peyvəndin vaxtı keçib və məhv edilib”, - məlumatda deyilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər