Putin Bişkekdə qopuz çalıb - Video
Tarix: 27-11-2025 13:48 | Bölmə: Xəbərlər
Putin Bişkekdə qopuz çalıb - Video

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında maraqlı nüans qeydə alınıb.

Reyting.az
xəbər verir ki, KTMT sammitindən əvvəl prezidentlər Qırğızıstandakı sarayı gəzərkən musiqi stendinə baş çəkiblər.

Rusiya prezidenti Vladimir Putin burada Qırğızıstana məxsus simli alət olan qopuzu (saz) görərək dayanıb. Putin qopuzu götürərək ifa etməyə çalışıb.

Yerli musiqi mütəxəssisi isə Putinə qopuzun Qırğızıstan musiqisindəki mərkəzi rolunu həvəslə izah edib. Putin bir neçə not ifa etdikdən sonra qopuzu yerinə qoyub.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər