Bakı və Abşeronda əməliyyat: saxlanılanlar var
Tarix: 25-11-2025 12:07 | Bölmə: Cəmiyyət
Bakı və Abşeronda əməliyyat: saxlanılanlar var

Bakı və Abşeronda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Abşeron və Qaradağ rayonlarında keçirilən növbəti tədbirlər zamanı 23 yaşlı Əkbər Alızadə və 36 yaşlı Rahib Məmmədov saxlanılıblar.

Onlardan 10 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2600 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər