Yeni icra başçısı köməkçisini vəzifədən azad edib
Tarix: 25-11-2025 11:09 | Bölmə: Cəmiyyət
Yeni icra başçısı köməkçisini vəzifədən azad edib

Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Reyting.az
“Unikal”a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan İbrahimov Əmr imzalayıb.

Əmrə əsasən, başçının köməkçisi Elbrus Məmmədov vəzifəsindən azad edilib.

Xatırladaq ki, noyabrın 12-si Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan İbrahimov Nəsimi rayonunun icra başçısı təyin olunub.




Bölməyə aid digər xəbərlər