Atəşkəsdən sonra 347 fələstinli öldürülüb
Tarix: 27-11-2025 13:11 | Bölmə: Dünya
Atəşkəsdən sonra 347 fələstinli öldürülüb

Atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu Qəzza şəhərinə, Xan Yunisə və Rəfəhə hava hücumları təşkil edərək yaşayış yerlərini partladıb.

Reyting.az
xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsinə hücumlar edib.

Hava hücumları ilə eyni vaxtda İsrail əsgərləri ərazidəki binaları da partladıb. Partlayış səsləri şəhərin bir çox yerində eşidilib.

Şahidlərin məlumatına görə, Xan Yunisin şərqindəki Beni Suheyla şəhərinə və Rəfəhin bəzi ərazilərinə də hava hücumları təşkil edilib və yaşayış yerləri partladılıb.

Bu ərazilər həmçinin İsrail ordusunun helikopterləri və yaxınlıqdakı hərbi maşınları tərəfindən şiddətli atəşə məruz qalıb. Hələlik itki və ya xəsarət barədə məlumat verilməyib.

Qeyd edək ki, 10 oktyabrda əldə edilən atəşkəs razılaşmasına uyğun olaraq, İsrail ordusu Qəzzanın təxminən 50 faizini əhatə edən “Sarı Xətt”ə çəkilib.

Fələstinlilərin girişinin qadağan olunduğu İsrail tərəfindən işğal edilmiş bu ərazilərdə həftələrdir oxşar bombardmanlar və söküntü işləri davam edir.

Qəzza hökumətinin mətbuat ofisi bildirir ki, İsrail 10 oktyabrdan sonra razılaşmanı təxminən 500 dəfə pozub və ən azı 347 fələstinlini öldürüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər