13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Nazirlikdən “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı - Açıqlama
Tarix: 02-04-2020 15:31 | Bölmə: Cəmiyyət
Nazirlikdən “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı - Açıqlama

"Bu gündən Təhsil Nazirliyinin bütün ölkə ərazisini əhatə edən yeni "Virtual məktəb" layihəsinə başlanan qeydiyyatdan istənilən vaxt keçmək olar, əlavə vaxt və ya saat məhdudiyyəti müəyyən edilməyib”.

Reyting.az
xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O qeyd edib ki, ölkənin bütün ərazisinə yayımlanan "Teledərslər"lə yanaşı, "Virtual məktəb" layihəsi nazirlik tərəfindən şagirlərin istifadəsinə verilmiş məsafədən tədris almaq üçün əlavə bir imkandır: "Virtual məktəb" layihəsi əsasında ənənəvi məktəbdaxili qiymətləndirmə aparılmayacaq. Bu layihə şagirdlərə əsasən özünü qiymətləndirmə alətlərini, müəllim və sinif yoldaşları ilə interaktiv əlaqə qurmağı və bir sıra digər yeni imkanları təqdim edəcək”.

E.Məmmədov əlavə edib ki, "Virtual məktəb" layihəsinə bu və ya digər obyektiv səbəbdən hazırda qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandı, onların hansısa şəkildə bu layihəyə qoşulmasına məcbur edilməsindən və ya cəzalandırılmasından söhbət gedə bilməz: "Virtual məktəb" layihəsi müəllimlər tərəfindən mart ayının əvvəlindən müxtəlif proqram təminatları üzərindən fərdi şəkildə apardığı onlayn dərsləri istisna və ya qadağa etmir, sadəcə vahid platforma üzərindən daha geniş imkanlar verir. Bu fədakar müəllimlərə cəza yox, alqış düşür. "Virtual məktəb" layihəsi qarşılıqlı əməkdaşlıq prinsipi üzərində qurulub və bu barədə bütün yerli təhsili idarəetmə orqanlarına məlumat verilib. Hazırkı vəziyyətdə hər bir faydalı imkandan istifadə etməliyik”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər