13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Generalın həbsdəki qardaşı azadlığa buraxılıb
Tarix: 18-04-2020 21:55 | Bölmə: Cəmiyyət
Generalın həbsdəki qardaşı azadlığa buraxılıb

Azərbaycanda generalın həbs olunan qardaşı azadlığa buraxılıb.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis generalı Ərziman Əliyevin qardaşı Nəcməddin Əliyev həbsdən azad olunub.

Qeyd edək ki, iki il öncə güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə cinayət işi açılmışdı və Nəcməddin Mikayıl oğlu Əliyev həbs edilmişdi. /Unikal.org




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər