Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
Tarix: 30-06-2025 13:43 | Bölmə: İqtisadiyyat
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib

Bu gündən etibarən Çin Pekinlə Bakını birləşdirən yeni Çin-Avropa yük daşıma xəttini istifadəyə verib.

Məlumata görə, yükün çatdırılması "dəmir yolu - dəniz - dəmir yolu" multimodal sxemi üzrə həyata keçiriləcək.

Yükün 15 gün ərzində Bakıya çatması gözlənilir.

Hazırda Çin-Avropa yük qatarı Fanşan rayonunda yerləşən Pekin Beynəlxalq Quru Limanından yola düşməyi gözləyir(report).




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb