"Ciddi cəza tədbirləri olacaq" - TƏBİB-dən qanunsuzluğa yol verən həkimlərə xəbərdarlıq
Tarix: 01-05-2020 18:55 | Bölmə: Cəmiyyət
"Ciddi cəza tədbirləri olacaq" - TƏBİB-dən qanunsuzluğa yol verən həkimlərə xəbərdarlıq

"Son vaxtlar pandemiya dövrü ilə əlaqəli qəbul edilən qaydalara riayət etməyən tibb müəssisələri barədə ciddi tədbirlər görülüb".

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, həkimlərin böyük əksəriyyəti bu işdə canla-başla, fədəkarcasına xidmət göstərir: "Təəssüf ki, bütün sahələrdə olduğu kimi qayaları pozmağa cəhd göstərən, qaydalara məsuliyyətsiz yanaşanlar da var. Onlarla da mübarizə aparırıq. Hətta bir neçə tibb müəssisəsinin rəhbəri barədə ölkə başçısına məruzə olunub və vəzifədən azad edilənlər, inzibati tənbeh tədbirləri alanlar də var. Gəncə, Goranboy, Göygöl və digər yerlərdə də bu faktlar olub. Harada qaydalara əməl edilməyəcək, orada ciddi cəza tədbirləri olacaq. Fədakarcasına iş görülən yerlərdə də təltiflər olacaq".

TƏBİB sədri əlavə edib ki, həm pandemiya ilə bağlı, həm də digər fəaliyyətlə bağlı qüsur görsək , əməyi olanların qüsurlarının aradan qaldırılması üçün onlara şans veriləcək: "O şansdan yararlananlar öz fəaliyyətini davam etdirəcək. Əgər şansdan yararlana bilməsələr biz onların fəaliyyətinə son qoymalı olacağıq və daha fədakar, bacarıqlıları önə çəkəcəyik"/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər