Azərbaycana təxliyə ediləcək şəxslərdə koronavirus aşkarlanmayıb - Fotolar
Tarix: 23-06-2020 10:14 | Bölmə: Cəmiyyət
Azərbaycana təxliyə ediləcək şəxslərdə koronavirus aşkarlanmayıb

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarında koronavirusa yoluxma halı müəyyən edilməyib.

Reyting.az
xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Tbilisidəki konsulu Ramel Lətifov bildirib.

Onun sözlərinə görə, ötən gün 178 Azərbaycan vətəndaşından götürülən PCR testinin hamısının cavabı neqativ olub, bu səbəbdən vətəndaşların təxliyəsi üçün heç bir maneə qalmayıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları bir neçə dəqiqə sonra Tbilisidə Azərbaycan səfirliyinin binasının qarşısından ayrılmış 3 xüsusi avtobusla Sınıq Körpü sərhəd keçid məntəqəsinə gətiriləcək. Təxliyə ediləcək şəxslər Azərbaycanda karantində saxlanılmayacaq və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün ölkə ərazisində bir günlük sərbəst hərəkət icazəsi veriləcək.

Azərbaycana təxliyə ediləcək şəxslərdə koronavirus aşkarlanmayıb
Azərbaycana təxliyə ediləcək şəxslərdə koronavirus aşkarlanmayıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}