09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Avropa İttifaqı və ÜST Azərbaycana 160 min maska və 8 min qoruyucu kombinezon göndərib
Tarix: 23-06-2020 11:33 | Bölmə: Cəmiyyət
Avropa İttifaqı və ÜST Azərbaycana 160 min maska və 8 min qoruyucu kombinezon göndərib

Avropa İttifaqı və ÜST-nin Avropa üzrə Regional Ofisi Şərq Tərəfdaşlığı ölkələrindəki tibb işçilərini dəstəkləyir.

Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən Reyting.az-a verilən xəbərə görə, layihə çərçivəsində Azərbaycana 10 000 şəffaf maska, 10 000 qoruyucu maska, 8 000 qoruyucu kombinezon, 140 000 respirator maska gətirilib.

Bu yardım Şərq Tərəfdaşlığı ölkələrinin COVID-19-a qarşı mübarizəsi üçün Aİ-nin 30 milyon avro dəyərində töhfə verdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”nün tərkib hissəsidir.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq