16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda bir gündə 508 nəfərdə COVID-19-a aşkarlanıb, 6 nəfər vəfat edib
Tarix: 23-06-2020 19:12 | Bölmə: Cəmiyyət
Azərbaycanda bir gündə 508 nəfərdə COVID-19-a aşkarlanıb, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6464, ötən müddət ərzində isə ümumilikdə 432 858 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}