07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
2015-ci ildə itkin düşən neftçinin cəsədi tapıldı
Tarix: 24-06-2020 00:00 | Bölmə: Cəmiyyət
2015-ci ildə itkin düşən neftçinin cəsədi  tapıldı

May ayının 19-da Xəzər dənizində iki cəsəd aşkarlanıb və cəsədlər iyun ayında dənizdən çıxarılıb. “Günəşli” yatağı istiqamətində aşkarlanan cəsədlərdən biri 2015-ci ildə ARDNŞ-in 28 May adına Neft və Qazçıxarma İdarəsinin 10-cu platformasında baş verən yanğın nəticəsində həlak olan Elşad Rəsulova məxsusdur.

Reyting.az
xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb.

M. Qəhrəmanlı qeyd edib ki, cəsəd iyunun 24-də mərhumun ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}