16:39 / 28-11-2024
Sabah qar yağacaq
Azərbaycana vərəm əleyhinə dərman preparatı gətirilib
Tarix: 14-08-2020 15:54 | Bölmə: Cəmiyyət
Azərbaycana vərəm əleyhinə dərman preparatı gətirilib

Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) koronavirus pandemiyası dövründə Azərbaycanın tibbi təchizat sisteminin daha da gücləndirilməsi istiqamətində birgə əməkdaşlığını davam etdirir.

BMTİP-dən Reyting.az-a verilən məlumata görə, vərəmə yoluxan şəxslərin müalicəsi üçün yeni dərman vasitələri satın alınıb və ölkənin İnnovasiya və Təchizat Mərkəzinə təhvil verilib.

Budəfəki çatdırılmada dərmana həssas və dərmana davamlı vərəm pasiyentlərinin müalicəsi üçün 5 130 qutu dərman preparatı BMTİP vasitəsilə ölkəyə gətirilib.

Sözügedən dərmanlar, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində satın alınıb. Layihənin məqsədi ölkədə həyati əhəmiyyətli dərman vasitələrinin satınalınması prosesinin inkişafına yardım etməkdir. Layihə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.

Bu günə qədər layihə Azərbaycanda 7 300-ə yaxın vərəm xəstəliyi olan şəxslərin müalicəsi üçün dərmanların satınalınmasına dəstək olub.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər