17:18 / 03-09-2025
Saxta domenlər bloklanıb
Putin: "Rusiya Ukraynanın Aİ-yə daxil olmaq hüququna heç vaxt şübhə etməyib"
Tarix: 03-09-2025 17:56 | Bölmə: Dünya
Putin: "Rusiya Ukraynanın Aİ-yə daxil olmaq hüququna heç vaxt şübhə etməyib"

Rusiya həmişə Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünə qarşı olub, lakin onun Avropa İttifaqına (Aİ) daxil olmaq hüququna heç vaxt şübhə etməyib.

Bunu Rusiyanın prezidenti Vladimir Putin Pekində keçirdiyi mətbuat konfransında bildirib.

"Biz həmişə Ukraynanın bu NATO-ya üzv olmasına etiraz etmişik, lakin onun öz iqtisadi və təsərrüfat fəaliyyəti ilə istədiyi kimi məşğul olmaq hüququnu heç vaxt şübhə altına almamışıq. Bu, Aİ-yə üzvlüyə də aiddir", - V.Putin izah edib(Report).




Bölməyə aid digər xəbərlər