17:18 / 03-09-2025
Saxta domenlər bloklanıb
Bəhruz Səmədovun apellyasiya şikayəti təmin etməyiblər
Tarix: 03-09-2025 15:30 | Bölmə: Cəmiyyət
Bəhruz Səmədovun apellyasiya şikayəti təmin etməyiblər

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə qəbul olunmuş məhkəmə qərarından verilmiş apellyasiya şikayəti əsasında keçirilən məhkəmə prosesi başa çatıb.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib.

Bəhruz Səmədovun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bəhruz Səmədov ötən ilin avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb.

O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb(report).




Bölməyə aid digər xəbərlər