Ağsuda yanğın törədən şəxs müəyyən olunub
Tarix: 03-09-2025 14:32 | Bölmə: Cəmiyyət
Ağsuda yanğın törədən şəxs müəyyən olunub

Ağsuda qəsdən yanğın törədən şəxs saxlanılıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, "112" qaynar telefon xəttinə Ağsu rayonunun Nəvahi kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

FHN-nin yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı əkin sahəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayonunun Nəvahi kənd sakini 1951-ci il təvəllüdlü Mahir Rəhim oğlu Qaniyev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.




Bölməyə aid digər xəbərlər