14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
Tarix: 02-09-2025 14:44 | Bölmə: Cəmiyyət
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub

Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 12 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m olan üçotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 18 kv.m sahədə yanıb.

Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub.




Bölməyə aid digər xəbərlər