Azərbaycanlını qətlə yetirən “Tesak”ın lideri istintaq təcridxanasında ölü tapılıb
Tarix: 16-09-2020 14:21 | Bölmə: Cəmiyyət
Azərbaycanlını qətlə yetirən “Tesak”ın lideri istintaq təcridxanasında ölü tapılıb

Rusiyada azərbaycanlını qətlə yetirən “Restrukt” milliyyətçi hərəkatının lideri, “Tesak” ləqəbli Maksim Martsinkeviç Çelyabinskdəki istintaq təcridxanasında ölü tapılıb.

Məlumata görə, onun intihar etdiyi bildirilib.

Qeyd edək ki, “Tesak” 2018-ci ilin dekabrında cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun liderlik etdiyi təşkilat “narkotacirlərlə mübarizə” adı altında qeyri-rus millətindən olan şəxslərə hücumlar təşkil edib. Milliyyətçi “Restrukt”un qurbanlarından biri də Azərbaycan vətəndaşı Zaur Alışov olub. Bu təşkilata daxil olan bir qrup milliyyətçi quldur 2017-ci ildə həmyerlimiz Zaur Alışova hücum edərək onu vəhşicəsinə döyüb qətlə yetiriblər.

Bundan başqa “Tesak”ın dəstəsi qeyri-rus millətindən olan şəxsləri döyərək videoya çəkib internetdə yayıblar/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər