13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Tarix: 20-09-2020 22:52 | Bölmə: Cəmiyyət
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

Xatırladaq ki, DİM bundan öncə ixtisas seçiminin bu gün - 20 sentyabr saat 23:59-da başa çatacağı barədə məlumat yaymışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq