Baş infeksionist əhaliyə müraciət edib
Tarix: 23-10-2020 11:42 | Bölmə: Cəmiyyət
Baş infeksionist əhaliyə müraciət edib

Əhali arasında yoluxma hallarının artması, yoluxmanın arealının genişlənməsi son nəticədə belə halların Ordumuza da sirayət etməsi ilə nəticələnə bilər.

Bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbiçilərin təması baş verir, həm də hərbi qulluğa çağırılan şəxslər arasında virusa yoluxanların olması mümkündür:

“Bunu nəzərə alanda, o zaman təhlükənin nə qədər real olması aydın olar. Bütün mümkün tədbirləri görmək lazımdır ki, bu, baş verməsin, kütləvi hal almasın. Çünki bu məsələ müharibə vəziyyətində olan Ordumuzun döyüş qabiliyyətinə təsir etməklə ölkənin təhlükəsizliyini müəyyən edir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bu gün arxa cəbhədə xəstələnən şəxs hansısa bir döyüşçümüzün yaxını ola bilər. Torpaqlarımızın azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan hər bir döyüşçümüz arxa cəbhədə öz ailəsindən, yaxınlarından arxayın olmalıdır. Buna görə də əminliklə demək olar ki, infeksiyanın yayılması ilə mübarizə, yoluxma hallarının azaldılmasına yönələn bütün tədbirlər və bunların müsbət nəticələri son nəticədə Qarabağda qələbəmizi yaxınlaşdırır”/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər