14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Erməni təxribatı:"İndiyədək 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb"
Tarix: 23-10-2020 12:11 | Bölmə: Cəmiyyət
Erməni təxribatı:"İndiyədək 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb"

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb: "Bundan başqa, 398  mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2156 yaşayış evi yarasız hala düşüb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 14:30 Sabah yağış yağacaq