16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Ağır yol qəzası: 2 nəfər ölüb, 4 nəfər yaralanıb - Fotolar
Tarix: 21-11-2020 22:49 | Bölmə: Cəmiyyət
Ağır yol qəzası: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Bərdədə 2 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində adı hələlik məlum olmayan şəxs hadisə yerində həyatını itirib. Digər şəxs, 1988-ci il təvəllüdlü Abbasov Samir Sabir oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də həkimlər onun həyatını xilas edə bilməyib.

Qəza nəticəsində xəsarət alan 34 yaşlı Əhmədli Rövşən Teymur oğlu, 34 yaşlı Məmmədov Elgiz Ədilxan oğlu, 22 yaşlı Əliyev İsgəndər İsrail oğlu və 31 yaşlı Abbasov Elşad xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.






Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}