Rusiya Qarabağı minadan təmizləyir
Tarix: 23-11-2020 16:18 | Bölmə: Cəmiyyət
Rusiya Qarabağı minadan təmizləyir

Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə start verilib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya mətbuatına bu ölkənin Qarabağdakı hərbi kontingentinin mühəndis xidmətinin rəhbəri, polkovnik-leytenant Pavel Pautov deyib.

“Bu gündən etibarən istehkamçılar ərazinin humanitar minalardan təmizlənməsinə başlayıblar. Birinci mərhələdə gələcəkdə Rusiya hərbi kontingentinin stasionar postlarının inşa ediləcəyi ərazilərdə partlayıcı maddənin olub-olmadığı yoxlanılacaq”,- polvobnik-leytenenat bildirib.

Mühəndis xidmətinin rəhbəri əlavə edib ki, minalardan təmizləmə prosesi yerli əhalinin istəyi ilə aparılır: “Torpaq şəxsi sahə ola bilər. Mühəndis kəşfiyyatı isə hərbi texanikamızın hərəkət etdiyi Rusiya hərbi kontingentinin mənafeyi naminə həyata keçirilir”.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}