20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
BRICS Sammiti başlayıb
Tarix: 06-07-2025 20:08 | Bölmə: Dünya
BRICS Sammiti başlayıb

Braziliyada BRICS Sammiti başlayıb.

Rio-de-Janeyro şəhərində keçirilən sammitin açılış mərasimində çıxış edən Braziliya prezidenti Lula Da Silva Ukraynada bütün tərəfləri atəşkəsin və sülhün əldə olunması naminə birbaşa dialoqu dərinləşdirməyə çağırıb.

Braziliya prezidenti NATO-ya üzv ölkələrin hərbi xərcləri 5 faizə qədər artırması barədə qərarının isə dünyada silahlanma yarışına təkan verdiyini vurğulayıb.

Samittə videokonfrans formatında qatılan Rusiya prezidenti Vladimir Putin çıxışında BRICS ölkələrinin ümumdaxili məhsulunun G7 ölkələri ilə müqayisədə daha çox olmasına diqqət çəkib, bu ölkələr arasında milli valyutada ticarətin artdığını qeyd edib. Rusiya prezidenti ədalətli dünyanın “qızıl milyarda” xidmət edən birqütblü sistemi dəyişdiyini, liberal qloballaşmanın artıq “faydalı” olmadığını, BRICS isə inkişaf nümayiş etdirdiyini söyləyib.(APA)




Bölməyə aid digər xəbərlər