13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Emin Əmrullayev: "Əgər məktəb daxilində bir neçə müəllim və şagird yoluxarsa..."
Tarix: 03-04-2021 16:25 | Bölmə: Cəmiyyət
Emin Əmrullayev: "Əgər məktəb daxilində bir neçə müəllim və şagird yoluxarsa..."

"Mövcud qaydalara görə sinifdə bir yoluxma varsa, həmin sinif, yox əgər məktəb daxilində bir neçə müəllim və şagird yoluxarsa, o zaman məktəb distlant təhsilə keçir".

Reyting.az
xəbər veirr ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində sualları cavablandırarkən deyib.

O bildirib ki, bir müəllimin daha çox sinfə girməsi və daha çox şagirdlə ünsiyyətdə olması yoluxma sayını kəskin artırır: "Bununla da məktəbin böyük hissəsinin karantinə alınması ehtiyacını yaradır. Bu səbəbdən də məktəblər distant təhsilə keçir. Biz martın 29-dan tədrisə başladıqdan sonra cəmi 3 gün ərzində ölkə üzrə 61 ümumitəhsil məktəbinin fəaliyyətini distant təhsilə keçirmək məcburiyyətində olduq. Onlardan 24-ü Bakı, 3-ü Sumqayıt, 5-i Şəki məktəbi olub”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq