“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Füzulidə keçiriləcək
Tarix: 12-08-2021 16:19 | Bölmə: Cəmiyyət
“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Füzulidə keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Füzuli rayonunda keçiriləcək.

“Azəriqaz”dan Reyting.az-a bildirilib ki, Birliyin “Açıq mikrofon” aksiyası (rayonun quraşdırma evləri inzibati ərazi dairəsinə aid olan) Qarabulaq kəndinin sakinlərinin ixtiyarında olacaq.

“Səyyar qəbul otaqları”mızın təşkilində əsas məqsədimiz sakinlərə heç bir yerə getmədən, vaxt itirmədən, əziyyət çəkmədən öz problem və təkliflərini səsləndirmək imkanı yaratmaqdır. İnanırıq ki, sayca dördüncü olacaq bu aksiyamız da əvvəlkilər kimi açıq, səmimi bir ortamda keçəcək. Hər bir kəsin öz problemini rahat şəkildə dilə gətirmək imkanı yüksək səviyyədə təmin olunacaq. Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərindən birinin məkanı kimi də yadda qalan Füzulidə olmaq, vətəndaşların problemləri ilə yaxından tanış olmaq xüsusi zövq verəcək”, deyə məlumatda deyilir.

Qeyd edək ki, “Açıq mikrofon” 13 avqust saat 11:00-dan 14:00-a qədər işlək vəziyyətdə olacaq.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq