Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
Tarix: 16-05-2025 21:39 | Bölmə: Cəmiyyət
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb

Sumqayıt şəhərində daha bir nəfər dəm qazından ölüb.

Hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Məlumata görə, 1977-ci il təvəllüdlü Nəsirova Həqiqət İmran qızı yaşadığı evin hamam otağında ölü tapılıb. İlkin ehtimala görə, qadın dəm qazından zəhərlənib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər