14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Netanyahu: Qəzzada ən azı 20 məhbus hələ də sağdır
Tarix: 16-05-2025 13:51 | Bölmə: Dünya
Netanyahu: Qəzzada ən azı 20 məhbus hələ də sağdır

Qəzzada ən azı 20 israilli məhbusun hələ də sağ olduğunu bilirik.

Reyting.az
xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Qəzzaya tətbiq etdiyimiz hərbi təzyiq 148 nəfərin azad edilməsinə imkan verdi. Ən azı daha 20 əsir sağdır”, - Netanyahu “X” sosial media platformasındakı video-paylaşımında deyib.

Netanyahu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ dövlət katibi Marko Rubio ilə məhbus mübadiləsini müzakirə etdiyini diqqətə çatdırıb.

Təl-Əviv hökuməti Qəzzada 50-dən çox əsir olduğunu təxmin edir. HƏMAS isə dünənki açıqlamasında Netanyahunun “sonsuz müharibə” istədiyini və israilli məhbusların həyatına əhəmiyyət vermədiyini bildirib.

Qeyd edib ki, vasitəçi ölkələrin (Misir və Qətər) danışıqlar səylərinə baxmayaraq, İsrail fələstinli mülki əhaliyə təzyiqləri artıraraq öz şərtlərini tətbiq etməyə çalışır.

ELÇİN




Bölməyə aid digər xəbərlər