Natiq Məmmədli: "Gənc jurnalistlərə demək istəyirəm ki..."
Tarix: 15-05-2025 11:44 | Bölmə: Cəmiyyət
Natiq Məmmədli: "Gənc jurnalistlərə demək istəyirəm ki..."

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli gənc jurnalistlərə çağırış edərək həqiqəti çatdırmaq üçün hər zaman mübarizə aparmalarını arzulayıb.

Reyting.az
xəbər verir ki, o, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib ki, Azərbaycan jurnalistikası uzun və çətin yoldan keçib: "Əgər insanlar medianın papirusdan kompüterə təkamülünü bacarıbsa, bundan sonra da ən yüksək səviyyədə inkişafına nail ola bilərik. Jurnalist olmaq istəyən və gənc jurnalistlərə demək istəyirəm ki, rəqəmsal dövrdə mediada həqiqəti yaymaq, dezinformasiyadan yayınmaq sizlər üçün əsas prioritet olsun"(Report).




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq