Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Tarix: 15-05-2025 09:58 | Bölmə: Cəmiyyət
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Zamanlı İsmayıl Rafail oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Reyting.az
-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası mayın 21-nə təyin edilib.

Qeyd edək ki, İsmayıl Zamanlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etməkdə ittiham olunur.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq