12:34 / 08-09-2025
Sabah yağış yağacaq
Maduro Kolumbiya ilə sərhədə 25 min hərbçi yerləşdirir
Tarix: 08-09-2025 11:58 | Bölmə: Dünya
Maduro Kolumbiya ilə sərhədə 25 min hərbçi yerləşdirir

Venesuela prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Nikolas Maduro Kolumbiya ilə sərhədə, eləcə də respublikanın Karib dənizi və Atlantik okeanı sahillərinə 25 min hərbçinin yerləşdirilməsi barədə göstəriş verib.

Reyting.az
-ın məlumatına görə, bunu Venesuela mətbuatı yazıb.

“Mən, Kolumbiya ilə sülh zonasında, Karib dənizi sahillərində və Nueva Esparta, Sucre və Delta əyalətlərinin Atlantik sahillərində operativ cavab taktiki qruplarını gücləndirmək üçün Milli Bolivar Silahlı Qüvvələrimizin 25 min kişi və qadınının yerləşdirilməsinə əmr etdim”,- deyə Maduro bildirib.

O vurğulayıb ki, səfərbərliyin əsas məqsədi milli suverenliyi, ölkənin təhlükəsizliyini və sülh uğrunda mübarizəni müdafiə etməkdir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Venesuelanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə kifayət qədər səy göstərmədiyini bildirib. Avqustun 19-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esmines (USS Gravely, USS Jason Dunham və USS Sampson) “narkotik şəbəkələrinə qarşı əməliyyatlar aparmaq üçün” Venesuela sahillərinə -Karib dənizinin cənubuna göndərilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər