12:06 / 03-02-2026
Tehranda bazar yanır
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
Rusiya və Ukrayna 1000-dən çox əsgərin cəsədini mübadilə ediblər
Tarix: 19-12-2025 14:41 | Bölmə: Dünya

Rusiya və Ukrayna 1000-dən çox əsgərin cəsədini mübadilə ediblər

Rusiya 1000 həlak olan əsgərin cəsədini Ukraynaya, Ukrayna isə 26 cəsədi Rusiyaya təhvil verib.

Reyting.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Cəsədlərin təhvil verilməsi bu yay İstanbul danışıqları zamanı əldə edilən razılaşmalara uyğun olaraq həyata keçirilir.

Ukrayna Hərbi Əsirlərlə Mübarizə üzrə Koordinasiya Qərargahı Telegram kanalında bəyan edib ki, Kiyev 1003 əsgərin cəsədini alıb və tezliklə identifikasiyasına başlanacaq.

Xatırladaq ki, əvvəlki cəsəd mübadiləsi noyabr ayında olub. Daha sonra Moskva da 1000 əsgərin cəsədini Kiyevə, Kiyev isə 30 cəsədi təhvil verib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:06 Tehranda bazar yanır