Putin-Ruhani görüşü olacaq – İrəvanda
Tarix: 01-10-2019 14:40 | Bölmə: Dünya
Putin-Ruhani görüşü olacaq

Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani bu gün Ermənistan paytaxtında, Avrasiya İqtisadi Birliyi Ali Şurasının iclası çərçivəsində görüşəcəklər.

Reyting.az
"Təsnim” agentliyinə istinadla xəbər verir ki, Kremlin mətbuat xidməti xəbəri təsdiqləyib.

Avrasiya İqtisadi Birliyinin (Rusiya, Ermənistan, Belarusiya, Qazaxıstan və Qırğızıstan daxil olmaqla) prezidentlərindən əlavə, Müşahidəçi üzvü kimi Monqolustan Prezidenti, həmçinin iki fəxri qonaq: İran prezidenti və Sinqapurun baş naziri də İrəvana gəlib.

Avrasiya İqtisadi Birliyinin Ali Şurasının üzvləri Birliyin gündəliyindəki əsas məsələləri və bazar fəaliyyətinin yaxşılaşdırılması və əsas əməkdaşlıq sahələrini inkişaf etdirmək üçün planlaşdırma və müəyyənləşdirmə üçün gələcək istiqamətləri müzakirə edəcəklər.

Avrasiya İqtisadi Birliyi sammiti çərçivəsində Rusiya prezidenti Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti Həsən Ruhani ilə ayrı-ayrılıqda danışıqlar aparacaq.

İrəvana səfəri ərəfəsində Ruhani, Avrasiya İqtisadi Birliyi ölkələrinin iştirakı ilə Azad Ticarət Zonasının bu ilin oktyabr ayının 27-də fəaliyyətə başlayacağını açıqlayıb.





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}