Əfqanıstan prezidenti ABŞ-ın Müdafiə naziri ilə danışıqlar aparıb
Tarix: 21-03-2021 21:31 | Bölmə: Dünya
Əfqanıstan prezidenti ABŞ-ın Müdafiə naziri ilə danışıqlar aparıb

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani gözlənilmədən Kabilə səfər edən ABŞ-ın Müdafiə naziri Lloyd Ostinlə danışıqlar aparıb.

TASS xəbər verir ki, bu barədə Əfqanıstanın dövlət başçısının dəftərxanası məlumat yayıb.

Tərəflər görüşün gedişatında ölkədəki radikal “Taliban” hərəkatı tərəfindən törədilən zorakılığın eskalasiyasından narahatlıqlarını ifadə ediblər. Qani və Ostin həmçinin qeyd ediblər ki, Əfqanıstandakı mövcud vəziyyətin əsas həlli yolu uzunmüddətli və ədalətli sülhün bərqərar olmasındadır.

Pentaqon rəhbəri ABŞ-ın bu istiqamətdə Əfqanıstan hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Ostinin Kabilə səfəri rəsmi Vaşinqton və radikal “Taliban” nümayəndələri arasında Dohada tərəflər arasında imzalanan müqavilənin icrası ilə bağlı fikir ayrılıqları fonunda baş verir. Müqavilənin əsas məqamlardan biri Amerika qoşunlarının bu ilin may ayının 1-ə qədər ölkədən çıxarılmasıdır.

Ötən gün Pentaqonun başçısı Nyu-Dehlidə bildirib ki, ABŞ prezidenti Cozef Bayden hələ Amerika qoşunlarının Əfqanıstandan çıxarılması müddəti haqqında qəti qərar verməyib. Ostinin sözlərinə görə, administrasiyada bu məsələ üzrə proses davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər