Türkiyədə 10 deputatın mandatına xitam vermək istəyirlər - Aralarına CHP lideri də var
Tarix: 14-04-2021 18:37 | Bölmə: Dünya
Türkiyədə 10 deputatın mandatına xitam vermək istəyirlər - Aralarına CHP lideri də var

Türkiyənin ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu başda olmaqla, 8 CHP-linin deputat kimi toxunulmazlığının ləğv edilməsi barədə Türkyə Böyük Millət Məclisində (TBMM) təqdimat verilib.

Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təqdimatda Kamal Kılıçdaroğlu, Oğuz Kaan Salıcı, Muharrem Erkek, Yunus Emre, Veli Ağbaba, Fethi Açıkel, Faik Öztrak və Ahmet Tuncay Özkanın adları var. Onların deputat mandatına xitam verilməsini özündə əks etdirən təqdimat yaxın vaxtlarda TBMM-də müzakirəyə çıxarılacaq.

Məlumata görə, 8 CHP-li deputatla yanaşı, 2 HDP-li deputat haqda da eyni təqdmat verilib.

İddiaya görə, təqdimata səbəb CHP-li deputatların AKP-yə qarşı "FETÖ-nun siyası ayağı" ifadəsi əsasında başladılan cinayət işdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər