ABŞ Qara dənizə hərbi gəmilər göndərmək planını təxirə salıb
Tarix: 15-04-2021 00:11 | Bölmə: Dünya
ABŞ Qara dənizə hərbi gəmilər göndərmək planını təxirə salıb

ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planı təxirə salınıb.

Reyting.az
-ın məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyi xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyindən bildirilib.

Qeyd edək ki, ABŞ iki hərbi gəmisinin İstanbul boğazından Qara dənizə çıxacağı ilə bağlı keçən həftə Türkiyəyə məlumat vermişdi.

Bildirilmişdi ki, ABŞ Donanması gəmilərini Qara dənizə göndərilməsi Ankara ilə imzalanmış Montre konvensiyası çərçivəsində olacaq və iki hərbi gəmi may ayının 4-nə qədər Qara dənizdə qalacaq. Amma sonradan bu plan təxirə salınıb.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər