Türkiyə XİN başçısı: "Rusiya və Türkiyə qarşı tərəflərdə olsalar da..."
Tarix: 15-04-2021 11:47 | Bölmə: Dünya
Türkiyə XİN başçısı: "Rusiya və Türkiyə qarşı tərəflərdə olsalar da..."

"ABŞ bu günə qədər Kipr məsələsi, eyni zamanda, Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı balanslı siyasət yürüdüb".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

Bu yaxınlarda ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığının baş tutduğunu xatırladan Türkiyə XİN başçısı vurğulayıb ki, amerikalı həmkarından adıçəkilən məsələlərdə ABŞ-ın balanslı siyasətini davam etdirməyi xahiş edib.

M. Çavuşoğlu Türkiyə-Misir münasibətlərinə də toxunub. O qeyd edib ki, Misir ərəb dünyası, islam dünyası, habelə Afrika və Fələstin üçün əhəmiyyətli bir ölkədir/APA.

Nazir deyib ki, ölkəsi Qara dənizin sülh bölgəsi olmasını istəyir: "Biz bu fikri müdafiə edirik”.

O bildirib ki, Türkiyə Ukrayna böhranının sülh yolu ilə həllini dəstəkləyir: “Biz Ukraynanın da, elə Rusiyanın da, ümumilikdə bütün dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyirik. Ukrayna ilə də, Rusiya ilə də çox yaxşı münasibətlərimiz var. Türkiyə səmimi siyasət yürüdür”.

XİN başçısı qeyd edib ki, Rusiya ilə Türkiyə arasında bir çox sahədə əməkdaşlıq var: “Suriyada, Liviyada da Rusiya ilə əməkdaşlıq edirik. Azərbaycanda, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəz fəaliyyət göstərir. Rusiya və Türkiyə qarşı tərəflərdə olsalar da, bunu əməkdaşlığa çevirə bilirlər”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər