Yunanıstan 30-dan çox ölkə turistləri üçün məcburi karantini ləğv edir
Tarix: 15-04-2021 13:23 | Bölmə: Dünya
Yunanıstan 30-dan çox ölkə turistləri üçün məcburi karantini ləğv edir

Yunanıstan 32 ölkədən gələn turistlər üçün özünütəcrid tələbini ləğv edir. Lakin onlar ya vaksinasiya edilməli, ya da onların COVID-19 testinin nəticəsi mənfi olmalıdır.

Bu barədə “The Guardian” nəşri yazır.

Gələn həftədən etibarən Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Serbiya, İsrail və BƏƏ vətəndaşlarının özlərini təcrid etmələri tələb olunmayacaq. Yeni rejimin aprelin 19-da qüvvəyə minəcəyi gözlənilir.

“Bunlar ölkənin mayın 14-də turistlər üçün açılmasından əvvəl atılan ilk addımlardır”, - turizm nazirliyinin yüksək səviyyəli rəsmisi deyib.

Məhdudiyyətlərin qaldırılması ilə eyni vaxtda doqquz hava limanı açılacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər